Çinin “Beynçzin” klubunun yarımmüdafiəçisi Şeyk Tyote 30 yaşında vəfat edib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, Kot-d'İvuar yığmasının futbolçusunun halı məşq zamanı halı dəyişib. Xəstəxanaya çatdırılan futbolçu bir neçə saatdan sonra dünyasını dəyişib.
Tyote cari ilin fevral ayında İngiltərənin “Nyukasl” klubundan “Beynçzin”ə keçib.
O, müxtəlif illərdə Hollandiyanın “Tvente” və “Roda”, Belçikanın “Anderlext” klubunda oynayıb.
2015-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub.
S.B.
www.oxu.az