İtaliyanın “Yuventus” klubunun futbolçusu Douqlas Kosta sevgilisi Nataliya Felikslə birgə Braziliyaya gedib.
Oxu.Az xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu İtaliyadakı karantin müddətində evdə qalmaq istəməyərək, vətəninə qayıtmaq üçün icazə alıb.
Lakin onun iki gün əvvəl evdə oturmayaraq, Braziliyada dincəlməsinə dair şəkil çəkdirməsi klub rəhbərliyini qəzəbləndirib.

View this post on InstagramQeyd edək ki, daha əvvəl “Yuventus”un futbolçularından Kriştianu Ronaldu Portuqaliyaya, Qonsalo İquayn Argentinaya, Miralem Pyaniç Bosniya və Herseqovinaya və Sami Xedira Almaniyaya qayıdıb. Onlar İtaliyanın Turin şəhərində qalmaq istəməyiblər.
İtaliyanın digər klubu “İnter”dən isə Viktor Mozes Nigeriyaya, Romelu Lukaku Belçikaya, Eşli Yanq İngiltərəyə, Kristian Eriksen Danimarkaya və Dieqo Qodin Uruqvaya qayıdıb. Onlar da Milanda qalmağın lazımsız olduğunu düşünüb.
Ancaq bütün futbolçulara vətəninə qayıtmaq qismət olmayıb. Məsələn, Paraqvayın “Olimpia” klubunun hücumçusu, “Arsenal”, “Mançester Siti” və “Totenhem”in sabiq futbolçusu Emanuel Adebayor vətəni Toqoya gedərkən Benində 84 sərnişinlə birgə 15 günlük karantinə alınıb.
Səbuhi Musayev
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
Digər xəbərlər