“Qalatasaray” futbol komandasının oyunçusu Sabri Sarıoğlu həyat yoldaşı Yağmura bahalı avtomobil hədiyyə edib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük ötən gün alış-veriş mərkəzlərinin birində “Lamborghini Aventador” markalı avtomobillə görüntülənib. Onlar içəridə alış-veriş edib, yemək yeyərkən, sadə vətəndaşlar avtomobilə yaxınlaşaraq fotolar çəkdiriblər.
Lüks avtomobilləri sevən və çoxlu sayda avtomobili olan Sabri Sarıoğlu aldığı maşınların nömrə nişanlarına həyat yoldaşı (Yağmur), oğlu (Sarp) və öz adının baş hərflərini (YSS) yazdırır.
Qeyd edək ki, onun xanımına sonuncu hədiyyə etdiyi “Lamborghini Aventador” markalı avtomobilin qiyməti 890 min avrodur.
Aytən Sadıqzadə