Bakıda itkin düşən ana və övladları tapılıb.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində, itkin düşmüş Əfsanə Mirzəyeva, qızları Fatimə, Zilan və oğlu Səid tapılıb. Onların evə qayıtmaları təmin edilib.
28-ci polis bölməsindən verilən məlumata görə, qadın övladlarını da götürüb öz ərindən qaçıbmış. Onlar arasında narazılıq pul üstündə düşüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az