Azərbaycanın bəzi idmançıları karantin rejimində qalırlar.
Oxu.Az xəbər verir ki, bunlar Rafael Ağayev başda olmaqla, karate millimizin aparıcı üzvləri və MMA idmançıları – Vüqar Kərəmov, Mehman Məmmədov, Xəzər Rüstəmov və Tural Rəhimovdur.
Mehman Məmmədov birgə çəkdirdikləri şəkli paylaşaraq “karantin” şərhini yazıb.

“Rizin” döyüşçüsü Vüqar Kərəmov da bu şəkli “Qardaşlarla karantin” şərhi ilə paylaşıb.

Digər MMA döyüşçümüz Xəzər Rüstəmov da bu şəkli “karantin günləri” başlığı ilə paylaşıb.

Bu videoda isə MMA idmançılarının karateçilərimizdən Rafael Ağayev, Ayxan Mamayev və Asiman Qurbanlı ilə birgə hotel rejimində fiziki məşq etdiyi görünür.
Əldə etdiyimiz məlumata görə, onlar “ASK Arena”nın (keçmiş “Şəfa” stadionu) daxilindəki Milli Karate Federasiyasının təlim-məşq bazası sayılan hoteldə qalırlar. Martın sonlarından orada olan idmançıların bayıra çıxmasına icazə verilmir. Onlar orada məşq edir, qidalanır. Hətta onlardan analiz də götürülüb.