Oxu.Az bu gün Bakıda keçirilmiş və MMA döyüşləri üzrə Dünya Kubokunun finalına həsr olunmuş mətbuat konfransından fotoreportajı təqdim edir.
Qeyd edək ki, yarış dekabrın 14-də “Sərhədçi” Olimpiya mərkəzində baş tutacaq.
Bugünkü mətbuat konfransında Beynəlxalq MMA Federasiyasının prezidenti Vadim Filkenşteyn, MMA-nın əfsanəsi Fyodr Yemelyanenko, Azərbaycan MMA liqasının prezidenti Kənan Məmmədov, Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov və başqaları iştirak ediblər.
Foto: Nüsrət Abdullayev
www.oxu.az