“Qolf aləmi” verilişinin növbəti buraxılışında Azərbaycan Qolf Federasiyasının təlim üzrə meneceri Elşən Quliyev Federasiyanın gələcək tədbirlərilə bağlı məlumat verəcək.
Oxu.Az xəbər verir ki, verilişin məşhur qonaqları modelyer Fəxriyyə Xələfova və model Səbinədir.
Eyni zamanda, proqramda tanınmış qolf ustası Sam Snead-la bağlı ətraflı məlumat əldə edə biləcəksiniz.
“Qolf aləmi” verilişinə İTV telekanalında bu gün saat 21.20-də baxa bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az