“European Tour”-un beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Nick Tarratt Bakıya səfər edib.
Oxu.Az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Elnur Abdullayevlə görüşən Nick Tarratt yaxın zamanlarda “European Tour” yarışlarının Qubada keçiriləcəyini bildirib.
Zərif cinsə də yer ayrılan proqramda Azərbaycan Qolf Federasiyasının xanımları Ülviyyə Ələsgərova, Gülzar Quliyeva və Dina Sotnikova ilə qolf yarışı keçirilib.
Verilişin xüsusi qonağı isə xalq artisti Brilyant Dadaşovadır.
“Qolf aləmi” bu gün axşam saat 21:20-də İTV telekanalında yayımlanacaq.
Aytən Sadıqzadə
www.oxu.az