“Dinamo Kiyev” klubunun baş məşqçisi Aleksandr Xaçkeviç “Olimpik” ilə oyunda xanım hakimin üstünə qışqırıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, epizod oyunun 79-cu dəqiqəsində baş verib. Aut əvəzinə qayda pozuntusu qeydə alan hakimin qərarı məşqçisinin xoşuna gəlməyib və o, xanımın üstünə qışqırıb. Lakin tez tonunu dəyişən məşqçi, gülümsəyərək onu qucaqlayıb. Xanım hakim də onun üzrünü qəbul edərək, Xaçkeviçi qucaqlayıb.
Görüş “Dinamo”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
E.C.
www.oxu.az