“Barselona”nın hücumçusu Lionel Messinin qolu Argentina yığmasına futbol üzrə 2018-ci il Dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Çili komandası üzərində qələbə qazandırıb.
Oxu.Az xəbər verir ki, Messi matçın 16-cı dəqiqəsində penalti zərbəsindən fərqlənib.
Bu qələbə sayəsində argentinalılar xallarının sayını 22 çatdıraraq turnir cədvəlində üçüncü pilləyə qalxıblar. Çili komandası isə 20 xalla hazırda altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatı 14 iyun-15 iyul tarixlərində keçiriləcək.
S.B.
www.oxu.az