UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk öncə B qrupunda görüşlər keçirilib.
Bu qrupun favoriti sayılan “Barselona” Kataloniyada PSV (Eyndhoven) klubunu qəbul edib. Gözlənildiyi kimi, “Barselona” bu görüşdə rəqibini darmadağın edib – 4:0.
Qollardan üçünü Lionel Messi vurub. Həmçinin argentinalı futbolçunun 32-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qol bu mövsüm Çempionlar Liqasının ilk qolu olub.
Qrupun digər görüşündə “İnter” Milanda “Tottenhem”i qəbul edib. İtaliya klubu hesabda geridə olsa da, son dəqiqələrdə toparlanaraq qələbə qazanmağı bacarıb – 2:1.
Səbuhi MUSAYEV
www.oxu.az