Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunun heyətində meydana çıxdığı üçüncü oyunda da dubl edib.
Oxu.Az xəbər verir ki, o, Böyük Futbol Liqası (MLS) və Meksika çempionatı komandalarının iştirak etdiyi Liqalar Kuboku turnirinin 1/16 final mərhələsi çərçivəsində “Orlando Siti” ilə qarşılaşmada iki qol vurub.
Komandasının 3:1 hesablı qələbə qazandığı görüşdə Messi 7-ci dəqiqədə hesabı açıb, 72-ci dəqiqədə sonuncu - 3-cü qolu vurub. “İnter Mayami”nin digər qoluna penaltidən Cozef Martines imza atıb. Maraqlıdır ki, Messi həmin zaman özü penaltini vurmaqdan imtina edib və komanda yoldaşının qol vurmasına imkan yaradıb. “Orlando Siti”nin heyətində isə Sezar Arauxo fərqlənib.
Xatırladaq ki, Messi daha əvvəl “Atlanta Yunayted”lə görüşdə iki qol vurub, bir məhsuldar ötürmə edib. Ümumilikdə o, “İnter Mayami”də keçirdiyi üç oyunda beş qol və bir assistlə yadda qalıb.
Qeyd edək ki, Messinin komandası turnirin növbəti mərhələsində “Dallas”la üz-üzə gələcək.
Messi “İnter Mayami”də ardıcıl ikinci oyunda dubl etdi - VİDEO