“Barselona”nın hücumçusu Lionel Messi bir klubun heyətində vurulmuş qolların sayına görə əfsanəvi futbolçu Pelenin nailiyyətini təkrarlayıb.
Bu barədə RT məlumat yayıb.
İspaniya çempionatının 14-cü turunda fərqlənən Messi “Barselona”nın heyətində 643-cü qoluna imza atıb. Bununla da Messi Braziliyanın “Santos” klubunun heyətində 643 vuran Pelenin rekordunu təkrar edib.