Futbol üzrə İspaniya çempionatının təxirə salınmış oyununda “Barselona” “Elçe” üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
ESPN məlumat verir ki, oyunda dubl edən argentinalı hücumçu Lionel Messi matç bitəndən sonra “Elçe”nin qapıçısı Edqar Badiyə yaxınlaşıb və formalarını dəyişməyi xahiş edib.
Qeyd edək ki, “Barselona” La Liqada 50 xal yığıb və yarış cədvəlində üçüncü yerdə qərarlaşıb.
Elche's goalkeeper couldn't believe it when Lionel Messi asked him for his shirt in return 😂 pic.twitter.com/DRHcvH5J9w
— ESPN FC (@ESPNFC) February 24, 2021