Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Messi tarixi rekordu təkrarlaya bilər
Argentina millisinin kapitanı Lionel Messi tarixi rekordu təkrarlaya bilər.
“Report” xəbər verir ki, 36 yaşlı futbolçu bunun üçün DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya ilə keçiriləcək oyunda qol vurmalıdır.
O, seçmə mərhələlərdə indiyə qədər üz-üzə gəldiyi rəqiblərdən yalnız Braziliyanın qapısına yol tapa bilməyib. Ulduz futbolçu “pentakampeonlar”la matçda tilsimi qırmağı bacarsa, Cənubi Amerika zonasında seçmə mərhələlərdə bütün komandalara qol vuran 5-ci oyunçu olacaq.
Hazırda ekvadorlu Aqustin Delqado, uruqvaylılar Luis Suares, Edinson Kavani və çilili Aleksis Sançes bu rekorda şərikdirlər.
Qeyd edək ki, seçmə mərhələnin VI turunun Braziliya - Argentina görüşü noyabrın 22-də keçiriləcək. Hazırda son dünya çempionu 12 xalla turnir cədvəlinə başçılıq edir, “sambaçılar” isə 7 xalla 5-ci pillədə qərarlaşıb.
"Argentina" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Venesuelanın vitse-prezidentinə sui-qəsd hazırlanıb
- Argentinada məşhur müğənninin ölümünə görə beş nəfərə qarşı ittiham irəli sürülüb
- Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb
- Dünya Çempionatının seçmə mərhələsi: Argentina Paraqvayla görüşdə qalib gələ bilməyib
Rəylər