Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Messi və Busketsi transfer edən “İnter Mayami”nin yeni kapitanı kim olacaq? - FOTO
ABŞ-nin “İnter Mayami” klubunun yeni transferi Lionel Messi komandanın kapitanı olacaq.
Dünənki ilk məşqindən sonra argentinalı futbolçu və komandanın digər yeni transferi Serxio Buskets gənc futbolçularla işləmək və onlara məsləhətlər vermək üçün meydanda qalıblar. Messinin ABŞ təmsilçisinin əsas kapitanı olacağı qeyd edilib.
36 yaşlı hücumçu bir müddət əvvəl MLS klubu ilə iki illik müqavilə imzalayıb. Forvardın yeni komandasında sabah “Kruz Azul”a qarşı görüşdə debüt edəcəyi gözlənilir.
Mənbə: TyC Sports
"Lionel Messi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar