Türkiyədə yaşanan mədən faciəsinə dünyanın aparıcı futbolçuları da biganə qalmayıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, hazırda dünyanın ən yaxşı futbolçuları olan Lionel Messi və Kriştiano Ronaldo da sosial şəbəkədə başsağlığı mesajı yayıblar.
Lionel Messi Türkiyəyə ingilis və türk dillərində başsağlığı ünvanlayıb:
“Manisada baş verən mədən qəzası səbəbilə başda həlak olan mədənçilərin ailələri olmaqla, bütün Türkiyəyə başsağlığı verirəm. Ümid edirəm ki, yerin altında qalan mədənçilər sağ-salamat çıxarılacaqlar. Qəlbim qəzada zərər çəkən hər bir şəxsin yanındadır…”.
Kriştiano Ronaldo da Soma faciəsi ilə bağlı üzüntüsünü dilə gətirib:
“Qəlbim Soma faciəsində yaxınlarını itirən ailələrin yanındadır… Hələ də yerin altında qalan işçilərin sağ çıxması üçün dua edirəm…”.