Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Messi və Suaresin qolları "İnter Mayami"yə qələbə qazanmağa kömək etdi
San-Pedro-Sula (Honduras) şəhərində ABŞ-nin "İnter Mayami" komandası ilə yerli "Olimpiya" arasında yoldaşlıq görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, oyun qonaqların 0:5 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Federiko Redondo Solari, Noa Allen, Rayan Saylor, həmçinin ulduz futbolçular Lionel Messi və Luis Suares qol vurublar. Uruqvaylı eyni zamanda, Messinin qoluna məhsuldar ötürmə ilə də yadda qalıb.
Xatırladaq ki, "İnter Mayami" ilk rəsmi oyununu 19 fevralda "Sportinq Kanzas-Siti" ilə keçirəcək. Növbəti görüş isə 22 fevralda "Nyu-York Siti" ilə baş tutacaq. Bu görüş komanda üçün MLS-in yeni mövsümündə ilk oyun olacaq.
"Lionel Messi" teqi üzrə xəbərlər
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- Lionel Messi oynamadı: Rəqib komanda milyonlarla dollar ziyana düşdü
- Messi gələcək karyerası ilə bağlı YEKUN QƏRARINI VERDİ
- Lionel Messi və Luis Suaresin qolları "İnter Mayami"ni 1/8 finala çıxardı
- Lionel Messi "Barselona"ya qayıdır