Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Lerikdə qar örtüyünün hündürlüyü 62 sm-ə çatıb - FAKTİKİ HAVA](https://images.oxu.az/2025/02/09/PuM0as1AgiVGFkejUlzV0BD9uiUdyIY8c3LQncMW:1200.jpg)
Lerikdə qar örtüyünün hündürlüyü 62 sm-ə çatıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Qeyd olunub ki, Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Yağan qar örtüyünün hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlı 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, Xaltanda 7 sm, Zaqatala (Əlibəy) 6 sm, Xınalıqda 4 sm, Tovuz, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 1 sm qeydə alınıb. Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir. Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qəbələ, Zaqatala, Şamaxı, Ağstafa, Lerik, Göygöldə duman müşahidə olunub.
Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 14-19 dərəcə şaxta qeydə alınıb.
"Şuşa" teqi üzrə xəbərlər
- Yağıntılı və küləkli hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
- Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində rol oynayır
- "Azərişıq" rəsmisi: "Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir"
- Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir
- "Kontakt" Şuşaya yol açır: Qarabağda YENİ İMKANLAR
Rəylər