Argentinanın "Nyuells Old Boyz" klubunun vitse-prezidenti Xuan Manuel Medina bəyan edib ki, Lionel Messinin transferini 2027-ci ilin yanvarında həyata keçirməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, Medina bu barədə "Toda Pasion" nəşrinə müsahibəsində bildirib.
O həmçinin potensial keçidlə bağlı danışıqların artıq başladığını təsdiqləyib:
"Hər şey infrastruktur və rəqabətədavamlı idman layihəsi baxımından nə təklif edə biləcəyimizdən asılıdır. Danışıqlar olub, ideya irəli sürülüb, lakin hələlik qərar yoxdur".