“Barselona” klubunun idarə heyətinin üzvləri Bartomeuya inamsızlıq aktına səs verməyə çağırış ediblər.
Sports.ru-nun yaydığı məlumata görə, klubun İdarə Heyətinin təcili iclası başa çatıb.
İclasın nəticəsində bəzi məclis üzvləri klub prezidenti Xosep Bartomeuya etimadsızlıq göstərilməsinə səs verməyə çağırıblar, bəzi üzvlər isə özləri istefa veriblər.
Buna komandanın kapitanı Lionel Messinin klubdan getmək istəyi səbəb olub.
22:40
İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messinin komandadan gedəcəyi ilə bağlı qərarı təsdiqlənib.
“Marca” yazır ki, Messi bu barədə klub rəhbərliyinə məlumat verib. Lakin “Barselona”nın futbolçunu asanlıqla buraxmayacağı da aydındır.
Messi ilə bir neçə klubun maraqlandığı da qeyd olunur. Klublar arasında “Mançester Siti” və Milanın “İnter”inin adları çəkilir.