"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Oxu.Az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi "Ən-Nəsr"lə razılığa gəlib.
Qrinvud ərəblərin təklifini qəbul edib. Klublar arasında danışıqlar davam edir.
Daha öncə "Ən-Nəsr"də çıxış edən Kriştianu Ronaldunun 23 yaşlı futbolçunu rəhbərliyə təklif etdiyi bildirilib.
Qrinvud ötən mövsümdə "Marsel"lə 21 qol vurub və çempionatın bombardirləri siyahısında PSJ-li Osman Dembele ilə şərikli lider olub.