Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mikayıl Cabbarov yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik edib
İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov U-23 Avropa çempionatında yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bakıda keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Yığmamızın üzvləri Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram", - deyə nazir qeyd edib.
"Bakı" teqi üzrə xəbərlər
- Papa Fransiskin ölümü ilə əlaqədar Azərbaycanda xatirə kitabı açılıb
- Papa Fransiskin ölümü ilə əlaqədar Azərbaycanda xatirə kitabları açılacaq
- Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb
- Son bir həftədə təbiətə 81 780 manat ziyan dəyib
- Bakıda tələbə qız özünü 15-ci mərtəbədən ATDI