Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Tələbə Futbol Federasiyasının növbədənkənar konfransı keçirilib.
Oxu.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, konfransda Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
Bu vəzifəyə təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov təyin edilib.
E.Ə.
www.oxu.az