"Məndən sürpriz görəcəksiniz. Tofiq yaxşı döyüşçüdür, amma mən hər cür (ayaqüstü, parter) döyüşə hazıram".
Oxu.Az xəbər verir ki, bunu Tofiq Musayevin qırğızıstanlı rəqibi Mıktıbek Orolbay Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
M.Orolbay qeyd edib ki, Tofiqlə üç raunddan da artıq döyüşməyə hazırdır:
"Sərt döyüşə həmişə hazıram. Şənbə günü hər kəs bunu görəcək. Tofiqin yaşı çoxdur, mənimsə təcrübəm. 27 yaşım var, yaşımın çox əla dövründəyəm. Bunu Tofiqlə döyüşümdə nümayiş etdirəcəm. Məni titul düşündürür, 30 yaşıma qədər o kəməri qazanmaq istəyirəm. Mən qırğızam, güc mənim tərəfimdədir".
Qeyd edək ki, Tofiq Musayev iyunun 21-də "UFC Baku Fight Night"da debüt edəcək. 35 yaşlı idmançımız "Bakı Kristal Zalı"nda keçirilən UFC gecəsində qırğızıstanlı Mıktıbek Orolbay ilə qarşılaşacaq.
Təhməz Əsədov