"İqtisadi əməkdaşlığın daha da güclənməsi üçün bölgədəki müharibələri dayandırmalıyıq".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Fatih Dönməz deyib.
O bildirib ki, Türkiyənin bu yöndə səyləri davam edir:
"İsrail və İran arasında da müharibə başlayıb. Ümid edirəm ki, qısa zamanda münaqişələr sona çatar. Bu münaqişənin sona çatmasında parlamentlərarası münasibətlər də önəmlidir. Biz təkcə iqtisadi məsələləri deyil, hüquqi, sosial məsələləri də müzakirə edirik. Həmçinin əsas hədəflərimizdən biri də süni intellektdir. Bunun risklərinə qarşı mübarizəmizi aparacağıq, həmçinin faydaları barədə də fikir mübadiləmiz olacaq".
Mərahim Nəsib