Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Milan derbisində darmadağın - VİDEO
İtaliya A Seriyasının IV turunda Milan derbisi baş tutub.
Oxu.Az xəbər verir ki, "İnter" "Cüzeppe Meatsa"da nominal meydan sahibi kimi şəhərin eyniadlı komandasını qəbul edib.
Qarşılaşma "nerazzuri"nin darmadağını ilə başa çatıb - 5:1.
Hesabı beşinci dəqiqədə Henrix Mxitaryan açıb. 38-ci dəqiqədə Markus Türam "İnter"in üstünlüyünü iki topa çatdırıb. 57-ci dəqiqədə Rafael Lean "Milan"ı ümidləndirən qolu vursa da, bu, təsəllidən başqa bir şey olmayıb. 69-cu dəqiqədə Mxitaryan dubl edib. 10 dəqiqə sonra Hakan Çalhanoğlu penaltini dəqiq yerinə yetirməklə fərqi üç topa çatdırıb. 90+3-cü dəqiqədə isə David Frattezi matçda son nöqtəni qoyub.
Dörd oyundan sonra maksimum nəticə göstərən - 12 xal toplayan "İnter" vahid liderdir. "Milan" isə doqquz xalla üçüncüdür.
Faiq Tahirov
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu