Dünya çempionatının seçmə mərhələsinin son oyununda Azərbaycan yığması ilə qarşılaşacaq Fransa millisi Bakıya gəlib. Komandası ilə birgə Bakıya səfər edən "Milan"ın hücumçusu Kristofer Nkunku ad gününü burada qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası maraqlı paylaşım edib:
"Nkunku 28 yaşında Azərbaycanda! Bakıda başqa kimlər ad gününü qeyd edib?"
Qeyd edək ki, Azərbaycan - Fransa matçı sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.