İtaliya Kubokunda 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, günün yeganə kubok qarşılaşmasında üç gün əvvəl çempionatda qolsuz heç-heçə etmiş “Milan” və “Napoli” təkrar üz-üzə gəlib.
Bu dəfə görüşdə iki qol vurub. “Milan” argentinalı Qonsalo İquaynın yerinə “Cenoa”dan transfer etdiyi polşalı hücumçu Kşiştof Pyontekin dublu ilə qalib gəlib.
Bununla da A Seriyasında ikinci pillədə olan “Napoli” kubokla erkən vidalaşıb.
Səbuhi MUSAYEV
Rəylər