Türkiyənin "Fənərbağça" klubu Slovakiya millisinin və Fransa təmsilçisi PSJ-nin futbolçusu Milan Şkrinyarı heyətinə qatır.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçi ilə anlaşıb.
Oyunçu bu gün İstanbulda olacaq.
Qeyd edək ki, daha əvvəl Türkiyənin digər nəhəng klubu "Qalatasaray" da Şkrinyarla maraqlanıb.
PSJ-nin ulduz futbolçusu Milan Skriniar karyerasını "Qalatasaray"da davam etdirəcək.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, ulduz futbolçu bu keçid üçün İstanbul təmsilçisindən 4.2 milyon avroluq gəlir əldə edəcək.
Skriniarın yarımmövsümlük 1.8 milyon avroluq əməkhaqqını isə PSJ ödəməyə davam edəcək.
Qeyd edək ki, "Napoli"nin də təklif göndərdiyi Milan Skriniar "Qalatasaray"ın təklifini qəbul edib və bu həftəsonu İstanbula gələcək.