"Milan" klubu oyunçularının 2025/26 mövsümündə ev oyunlarında geyinəcəyi formanı təqdim edib.
Oxu.Az xəbər verir ki, klub bu barədə sosial şəbəkələrdə fotolar paylaşıb.
A Seriyası təmsilçisinin yeni ev forması ənənəvi olaraq qara və qırmızı rəngdədir. Geyimin üzərindəki elementlər isə ağ rənglə vurğulanıb.
