Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Araz Məmmədzadə: "Azərbaycan qonşu ölkələrdən yaşıl enerji ilə bağlı daha çox təklif alacaq"
"Azərbaycan qonşu ölkələrdən yaşıl enerji ilə bağlı daha çox təklif alacaq".
Oxu.Az-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O qeyd edib ki, Azərbaycanda elektroenergetika sahəsində iki əsas müəssisə var:
"Azərenerji" ASC generasiyanın ötürülməsi ilə, "Azərişıq" isə elektrik enerjisinin paylanması ilə məşğuldur. Düşünürəm ki, bölgə yaşıl enerji mənbələrinin sayının artırılması baxımından, həm də enerji dayanıqlı ölkələr sırasında Azərbaycan liderdir. Gələcəkdə gözlənilən enerji defisitinin qarşısının alınması üçün bölgə dövlətləri Azərbaycanla enerji münasibətlərini yaxşılaşdırmağa çalışırlar. Məlum olduğu kimi, Naxçıvan yaşıl enerji zonası elan olunub. Orada yaşıl enerji mənbələrinin sayının artırılması nəzərdə tutulub. Avropaya yaşıl enerjinin ötürülməsində qardaş Türkiyə önəmli rol oynayır. Bu baxımdan iranlı həmkarlarımızın Araz çayı üzərindəki bəndlər vasitəsilə ekoloji təmiz enerji əldə etməklə bağlı fikirləri heç də təəccüblü deyil. Düşünürəm ki, Azərbaycan qonşu ölkələrdən yaşıl enerji ilə bağlı daha çox təklif alacaq".
Xatırladaq ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində bildirib ki, Azərbaycan və İran yaşıl enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq edə bilərlər.
O qeyd edib ki, yaşıl enerji istehsalı üçün uyğun olan Araz çayı var:
"Orada bəndlər yaradılıb və bəziləri də hələ reallaşdırılır. Bu su bəndlərindən yaşıl enerji əldə etmək olar. Biz bu sahədə hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıqlara malik ola bilərik. Heç şübhəsiz ki, bu əməkdaşlıq günəş və külək enerjisi sahəsini də əhatə edə bilər. Bu da iki ölkə arasında müvafiq qurumların əməkdaşlığı çərçivəsində öz həllini tapa bilər".
Aygün Mirakif
"Azərenerji" teqi üzrə xəbərlər
- Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM
- "Azərenerji" rəsmisi: "İstiliklə bağlı hazırkı tariflər real qiymətlərdən 13 dəfə azdır"
- Qəri Counz: "bp illik sərmayələrini 10 milyard ABŞ dollarına qədər artırmağı planlaşdırır"
- Azərbaycanla İran arasında Araz su anbarının iş rejimi müəyyən edilib
- Bakı Enerji Həftəsində yaşıl enerji üzrə əməkdaşlıq sənədləri imzalanıb