Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Millət vəkilinə yeni vəzifə verildi - FOTO
Azərbaycanlı millət vəkili Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub.
Oxu.Az-ın xəbərinə görə, Milli Məclisdə Gənclər və idman komitəsinin üzvlərindən olan M.Cəfərova Azərbaycan Reqbi Federasiyasında vitse-prezident vəzifəsi verilib.
Bu barədə saytımıza məlumatı federasiyanın yeni təyin olunmuş mətbuat katibi Səxavət Quliyev məlumat verib. Onun sözlərinə görə, fevralın əvvəllərindən Müşfiq Cəfərov bu vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Reqbi Federasiyasının prezidenti Elşən Abbasovdur. Federasiyanın I vitse-prezidenti Elvar Osmanov, Regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayevdir. Federasiyanın baş katibi isə müxtəlif orqanlarda jurnalist kimi çalışmış, mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyevadır.
Səbuhi Musa
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"