Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Millətlər Liqası: Portuqaliya Xorvatiyadan üstün oldu, İspaniya Serbiya ilə bacarmadı
UEFA Millətlər Liqasında qrup mərhələsi görüşlərinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə Azərbaycan - İsveç görüşündən başqa daha səkkiz matç keçirilib.
Gecənin ən maraqlı qarşılaşmalarından biri Portuqaliya ilə Xorvatiya arasında baş tutub. Prineylilərin hücumçusu 39 yaşlı Kriştianu Ronaldu doğma azarkeşləri önündə 900-cü qolunu vuraraq yeni rekorda imza atıb. Qarşılaşma 2:1 hesabı ilə portuqalların xeyrinə başa çatıb.
Digər görüşlərdə San-Marino tarixində ilk dəfə rəsmi matçda qələbə qazanıb. Cırtdan ölkənin seçmə komandası evdə Lixtenşteynə minimal hesabla qalib gəlib - 1:0. Slovakiya isə səfərdə eyni nəticə ilə Estoniyanı məğlub edib - 0:1.
Serbiya - İspaniya və Belarus - Bolqarıstan matçlarında hesab açılmayıb - 0:0.
Polşa səfərdə Şotlandiya üzərində qələbəni son saniyələrdə qazanıb - 2:3.
Həmçinin, Şimali İrlandiya Lüksemburqdan, Danimarka eyni hesabla İsveçrədən üstün olub - 2:0.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Millətlər Liqası: Azərbaycan yığması Monteneqro ilə oyunda qələbəni əldən verdi
- Azərbaycan Amputant futbolçular arasında Millətlər Liqasına ev sahibliyi edə bilər
- Futbol üzrə Azərbaycan millisi Litva seçməsinin qonağı olacaq
- UEFA Millətlər Liqasının yarımfinal görüşlərinin keçiriləcəyi ölkə bəlli olub
- Kriştianu Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırıb