Milli Gimnastika Arenasında “Ocaq Sport” klubunun təşkilatçılığı ilə bədii gimnastika üzrə ikinci beynəlxalq “Ocaq kuboku” yarışının açılış mərasimi keçirilib.
Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə yarışda iştirak edəcək komandaların təqdimatı olub.
Yarışda 44 klubdan 325 fərdi gimnast və 21 qrup komandası qüvvəsini sınayacaq. Yarışda 2008-2017-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
12:04
“Ocaq Sport” klubunun təşkilatçılığı ilə Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II beynəlxalq “Ocaq kuboku” turnirinə start verilib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, noyabrın 12-dək davam edəcək yarışda 44 klubdan 325 fərdi gimnast və 21 qrup komandası gücünü sınayacaq.
2008-2017-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ocaq Sport” klubunun yaradılmasında məqsəd gimnastika növlərini inkişaf və təbliğ etdirmək, həmçinin yığmalar üçün yüksəksəviyyəli idmançılar hazırlamaqdan ibarətdir.