Milli Hokkey Liqasında Stenli Kubokunun final seriyasında ilk oyun Kanadada baş tutub.
Oxu.Az xəbər verir ki, "Edmonton Oylers" evdə keçən ilin çempionu "Florida Panters"i qəbul edib.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb.
Overtaymda isə Drayzaytl qələbə qolunu vuraraq tribunadakı azarkeşləri sevindirib. Beləliklə, Edmonton təmsilçisi seriyada önə keçib.