Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Milli komandamız UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirdi - YENİLƏNİB
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.
Oxu.Az AFFA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, millimiz üçüncü matçında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. ABFF Təlim-Məşq Mərkəzində baş tutan görüş Türkiyə kollektivinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 ilk iki matçında Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.
10:40
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirəcək.
Oxu.Az AFFA-nın Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirəcək.
Millimiz Bakı vaxtı ilə saat 12:00-da ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, U-17 ilk iki görüşündə Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.