Milli Olimpiya Komitəsində sabah Hesabat-Seçki Konfransı keçiriləcək.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, sabah saat 11:00-da qurumun inzibati binasında seçki keçiriləcək. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev seçkiyə onlayn formatda qatılacaq.
Tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti, vitse-prezidenti seçiləcək. Bundan sonra isə komitənin yeni baş katibi təyin olunacaq.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. Qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyevdir. Abiyevi onun köməkçisi Azər Əliyevin əvəzləyəcəyi gözlənilir.
Səbuhi Musayev