Azərbaycan Qolf Federasiyasının dəstəyi ilə bu ilin oktyabr ayından etibarən Azərbaycan Milli Qolf Akademiyası fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, Qolf Akademiyası yeniyetmələr də daxil olmaqla, bütün yaş qrupları üçün nəzərdə tutulub.
Akademiya qolf oyununun təkmilləşdirilməsi istiqamətində təcrübəli mütəxəssizilər tərəfindən qolf təlim proqramları təklif edir.
Təklif olunan qolf təlim proqramları fiziki, texniki və əqli qolf bacarıqlarınızın maksimum inkişaf etməsinə kömək edəcək.
Azərbaycan Milli Qolf Akademiyası, hava şəraitindən asılı olaraq, akademiya nəzdində həm açıq, həm də qapalı məkanda qolf təlim proqramları təklif edir.
Bu proqramlarda əsas məqsəd hər bir tələbənin tam dolğun, maraqlı və xoş qolf təlimi-dərsi almasını təmin etmək və tələbələrimizin qolf bacarıqlarını maksimum həddə çatdıraraq, onlardan uğurlu nəticələr almaqdır.
Bu məqsədlə, akademiya istər qolfa yeni başlayanlar üçün, istərsə də təcrübəsi olan həvəskarlar üçün, PGA – sertifikatlı peşəkar qolf təlimçiləri vasitəsilə fərdi və qrup halında qolf dərsləri təklif edir.
Həm fərdi, həm də qrup dərsləri əvvəlcədən əlaqə saxlayıb təyinat almaqla mümkündür.
Akademiya həftənin hər günü, şənbə və bazar günləri də daxil olmaqla, səhər saat 9-dan axşam 8-ə qədər fəaliyyət göstərir.
Əlavə məlumat üçün 012 499-86-86 nömrəsinə və ya e-poçt info@aqf.az vasitəsilə əlaqə saxlayın.