Bu il Bakıda baş vermiş yol qəzalarında 310 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya bildirdiyinə görə, 11 ay ərzində Azərbaycanın paytaxtında 920 qəza hadisəsi baş verib.
Nəticədə 310 nəfər həlak olub, 911 nəfər yaralanıb.