Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Millimiz 10 min dollar mükafat fondu olan yarışa qatılacaq - VİDEO
Dekabrın 8-9-da Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə “Alans” (“Alanlar”) adlı II beynəlxalq turnir keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu yarışda 15 ölkənin – Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan, Moldova, Ermənistan, Gürcüstan, ABŞ, İran, Polşa, Monqolustan, Hindistan, Slovakiya və İspaniyanın güləşçiləri mübarizə aparacaq.
İştirakçılar arasında Olimpiya çempionlarının iştirakı gözlənilir. Hər çəki dərəcəsi üzrə mükafat fondu 10 min dollar təşkil edir. Qalibə 5 min, gümüş medalçıya 2 min və bürünc medalçılara, eləcə də qızıl medal qazananın məşqçisinə min dollar pul veriləcək.
Əldə etdiyimiz məlumata görə, millimiz orada üç idmançı ilə təmsil olunacaq. Bunlardan biri 92 kiloqram çəki dərəcəsində güləşəcək Olimpiya çempionumuz Şərif Şərifovdur. Digər iki güləşçi isə Dağıstandan olan legionerlərimizdir.
Qeyd edək ki, “Alanlar” turniri ilk dəfə ötən ilin noyabrında keçirilib. 12 ölkənin güləşçiləri arasında Şərif Şərifov, İtaliyanı təmsil edən əslən Kubadan olan ikiqat dünya çempionu Frank Çamiso və Rusiya güləşinin çox sayda ulduzu olub.
Xatırladaq ki, Şərif Şərifov (-97 kq) ötən il bu turnirin finalında osetin Vladislav Baytsayevə uduzub.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
Rəylər