Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatında çıxışını başa vurub.
Oxu.Az xəbər verir ki, Sloveniyanın Lyublyana şəhərində təşkil olunmuş turnirin 1/4 final mərhələsində millimiz Portuqaliya yığması ilə qarşılaşıb.
“Stojice Arena”da keçirilmiş oyun rəqibin 8:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin yeganə qolunu Everton Kardoso vurub.
A.M.
www.oxu.az