19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirib.
Oxu.Az Azerisport.az-a xəbər verir ki, komandamızın rəqibi Slovakiya olub.
Macarıstanın Dunaujvaroş şəhərindəki “Ezsperanto Ut” stadionunda baş tutan oyunda slovaklar böyük hesabla qələbə qazanıblar.
Qrupun digər matçında meydan sahibi Macarıstan Sloveniyanı sınağa çəkib. 2 qolun vurulduğu oyun 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan ilk turda Macarıstanla ilə 1:1 hesablı heç-heçəyə imza atmışdı. Slovakiya isə Sloveniyanı 2:1 hesabı ilə yenmişdi. Millimiz son turda - noyabrın 15-də Sloveniya ilə qarşılaşacaq.