Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Millimizə qarşı debüt etmiş futbolçu karyerasını iki ildən sonra bərpa etdi - FOTO
Uels millisinin sabiq futbolçusu Deyvid Koteril karyerasını bərpa edib.
Oxu.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 2001-ci ildə “Şəmkir”i UEFA Çempionlar Liqasından uzaqlaşdırmış Uelsin yarımhəvəskar klubu “Bari Taun”a keçib.
Koteril 2018-ci ildə Hindistanın ATK klubuna keçsə də, həmin ilin oktyabrında karyerasını bitirmişdi.
Qeyd edək ki, Deyvid Koteril Uels millisində debütünü 2005-ci ilin oktyabrın 12-də Azərbaycan millisinə qarşı edib. Kardifin “Milenium” stadionunda Con Toşakın çalışdırdığı Uels millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən bu görüşdə 2:0 hesabı ilə qalib gəlib.
Səbuhi Musayev
"Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ispaniyalı hakimləri Avrokubok oyunlarından uzaqlaşdırıb
- "Bavariya" - "Benfika" matçı zamanı bədbəxt hadisə yaşanıb
- "Barselona" 97 il sonra ilkə imza atıb
- "Srvena Zvezda" ilə görüşdə zədələnən Kubarsinin üzünə tikiş qoyulub
- ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları
Rəylər