Azərbaycan karateçilərinin bu il iştirak etməli olduğu beynəlxalq yarış təxirə salınıb.
Oxu.Az-ın xəbərinə görə, 11-13 mart tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilməli olan Karate1-Premyer Liqa yarışı 13-15 may tarixlərinə keçirilib.
Buna səbəb Mərakeş dövlətindən rəsmi icazənin vaxtında alına bilməməsi səbəb olub.
Qeyd edək ki, bu il karate millimiz ilk beynəlxalq yarışını BƏƏ-nin Fuceyrə şəhərində keçirməlidir. Komandamız 18-20 fevral tarixlərində analoji turnirdə mübarizə aparacaq. 2-4 sentyabr tarixlərində Bakıda da Karate1-Premyer Liqa yarışı baş tutmalıdır.
Səbuhi Musayev