Millimizin futbolçusu Şəhriyar Rəhimov “Səbail” klubunu tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Səbail” klubu məlumat yayıb.
Qeyd edək ki, son iki mövsümdə müdafiəçi Şəhriyar Rəhimov “Səbail”də 50 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürməyə imza atıb. Onun Avropa Liqasında çıxış edən klublardan birinə keçəcəyi gözlənilir.