“Dostumun toyuna görə İrana getməli idim. Çoxdandır ki, Güneyə getmirəm. Koronavirusa görə sərhədlər bağlandı, toy da təxirə salındı. Yoxsa istəyirdim ki, gedib 10 günə yaxın orada qalım”.
Bunu Oxu.Az-a çimərlik güləşi üzrə millimizin üzvü Oyan Nəzəriani deyib.
Urmiya doğumlu idmançımız daha çox Bakıda evdə qaldığını söyləyib:
“Mübarizəni hamı kimi evdə qalmaqla aparıram. Arabir marketə gedəndə maska taxıram. Adi həyatımıza qayıtmaq istəyirəm. Ümid edirəm ki, bu bəla tezliklə dünyadan gedəcək”.
O daha sonra yaxınları barədə danışıb:
“Şükür Allaha ki, Güneydə yaxınlarımdan heç kim virusa yoluxmayıb. Amma İstanbulda təhsil alan sinif yoldaşım Əmir Sadiqdə virus tapılmışdı. O da üç həftəyə bu virusa qalib gəldi”.

Qeyd edək ki, beşqat Azərbaycan çempionu olan Oyan Nəzəriani yunan-Roma güləşi üzrə millimizlə Dünya Kubokunda ikinci yeri tutub.
Səbuhi Musayev