21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, millimiz oktyabrın 8-də Nitra şəhərindəki eyniadlı stadionunda Slovakiya, oktyabrın 13-də isə Qori şəhərindəki Tenqiz Burcanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.