Futzal üzrə Azərbaycan milli komandasının üzvü Eduardo Borqes karyerasını Belçikanın “Hale-Qooyk” klubunda davam etdirəcək.
Oxu.Az xəbər verir ki, son üç mövsümdə Fransanın “Ases Futzal” klubunun uğurları üçün çalışan müdafiəçi bu dəfə Belçikanın iddialı komandası ilə anlaşıb.
O, qarşıdakı bir ili sözügedən komandanın heyətində keçirəcək.
