Şimali osetiyalı futbolçu Kazimir Qudiyev Rusiyanın “Alaniya” klubunun qapıçılar üzrə məşqçisi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu postda o, Dmitri Tyapuşkini əvəzləyib. Bu barədə region15.ru portalı məlumat yayıb.
Qeyd edək ki, Kazimir Qudiyev Vladiqafqaz futbol məktəbinin yetirməsidir. O, qapıçı karyerasına “Avtodor”da başlayıb. Osetin futbolçu həmçinin 1996-1997-ci illər ərzində Azərbaycan millisinin heyətində üç matç keçirib və qapısından yeddi top buraxıb.
Milliləşdirilmiş futbolçu 1999-cu ildə “Kəpəz”in heyətində Birlik Kubokunda iştirak edib, elə həmin il “Neftçi”də də çıxış edib. O, Bakı klubunda cəmi iki matça çıxıb və qapısından bir top buraxıb.